hia.az

NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək

85 dəfə baxılıb 4-09-2025, 13:30

NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək

ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərə biləcəyinə ümid edir.

Bunu nəqliyyat naziri - Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktor vəzifəsini icra edən Şon Daffi "Fox News" telekanalına müsahibəsində deyib.

"Biz Aya faydalı yüklərin göndərilməsinə başlamaq və orada bazanın tikintisinə başlamaq istəyirik, sonra isə 2030-cu illərin əvvəllərində Marsa getmək istəyirik. Bu, 8 aylıq missiya olacaq", - o bildirib.

"Ümid edirəm ki, (gələn ilin aprelində) göyərtəsində dörd astronavt olan gəmi Ayın ətrafında uçacaq. Sonra biz Aya endik və orada 8-12 gün qalacağıq. Ən uzun müddət (keçmişdə Ayda) 3 gün olub", - rəsmi əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi