hia.az

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək

90 dəfə baxılıb 2-09-2025, 16:17

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası bu il Şuşada keçiriləcək


Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə bu ilin 14 sentyabr tarixində Azərbaycanın Şuşa şəhərində keçiriləcək.

ASA-dan "APA-Economics"ə verilən məlumata görə, Assambleyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının, o cümlədən, Türk Dövlətləri Təşkilatının rəhbərliyinin iştirakı nəzərdə tutulub.

Məlumatda qeyd olunur ki, tədbir rəsmi açılış hissəsi, türk dövlətlərinin maliyyə requlyatorlarının və sığorta assosiasiyalarının 2 ayrı müzakirə panelindən ibarət olacaq. Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair “Proklamasiya sənədi” imzalanacaq.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 24 may 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının ortaq razılığı və birgə təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarının iştirakı ilə İstanbul şəhərində təsis edilib. Birliyə daha sonra Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının sığorta assosiasiyaları müşahidəçi təşkilat olaraq qoşulublar.

Əlavə edək ki, Türk Dünyası Sığorta Birliyinin birinci Assambleyası Birliyin “Yol xəritəsi”nə əsasən, alfabetik ardıcıllığa görə, Azərbaycanda təşkil olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi