hia.az
hia.az

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

32 dəfə baxılıb 26-08-2025, 16:37

Təhsil krediti alan tələbələrin əhatə dairəsi genişləndirilib

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirən Himayəçilik Şurası orta ixtisas və ali təhsil pillələrinə yeni qəbul olmuş tələbələrə dair qərarlar qəbul edilib.

Bu barədə Fond məlumat yayıb.

Belə ki, orta ixtisas təhsili müəssisələrində standart növ təhsil tələbə kreditindən yararlanmaq üçün subbakalavriat səviyyəsində abituriyentin topladığı balın minimum həddi 110-dur. Qərara əsasən, orta ixtisas təhsili pilləsinin subbakalavriat səviyyəsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olan tələbələr üçün birinci tədris ilinin ilk semestrində tələb olunan minimal bal həddi 40 bal olaraq müəyyən edilib.

Qeyd edək ki, bu minimal bal tələbi yalnız standart növ təhsil tələbə kreditindən yararlanmaq istəyənlərə şamil olunur. Sosial növ təhsil tələbə kreditində isə belə bir bal limiti mövcud deyil. Digər yenilik Sxolastik Qiymətləndirmə Testi (Scholastic Aptitude/Assessment Test - SAT) imtahanı nəticələri ilə ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrlə bağlıdır. Belə ki, bu tələbələrə də birinci tədris ilinin ilk semestrində standart tələbə krediti almaq imkanı yaradılıb. SAT imtahanı üzrə minimal bal həddi 1200 bal olaraq təsdiqlənib.

Bildirilib ki, qəbul edilən qərarlar tələbələrin təhsil imkanlarının genişləndirilməsi, sosial bərabərliyin təmin olunması və daha çox gəncin təhsilə cəlb olunması baxımından çox əhəmiyyətlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi