hia.az
hia.az

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

101 dəfə baxılıb 26-08-2025, 15:19

Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ ticarət əməkdaşlığı yüksələn xətlə inkişaf edir"

Azərbaycan-ABŞ ticarət əməkdaşlığı uzun illərdir ki, yüksələn xətlə inkişaf edir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 2023-cü illə müqayisədə 94 % çox - 1,7 milyard ABŞ dolları təşkil edib ki, bunun da 1,6 milyard dolları ABŞ-dan idxalın, 135 milyon dolları isə bu ölkəyə ixacın payına düşüb:

"Azərbaycan ABŞ şirkətləri üçün investisiya cəlbediciliyini saxlayır. Kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti, ticarət sahələrində 300 şirkət qeydiyyata alınıb".

"ABŞ-də keçirilmiş görüş ölkələrin iqtisadi potensialının artırılması üçün imkanlar yaradacaq", - deyə nazir əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi