hia.az
hia.az

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

59 dəfə baxılıb 23-08-2025, 09:25

Paşinyan: 2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu

2025-ci ilin avqustu Ermənistan Respublikası üçün yeni dinc və firavan həyatın başlanğıcı oldu.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün teleqram kanalında bildirib.

“Sülh bərqərar olub və bu, bizim gündəlik qayğımız olmalı, həmçinin institusional əsas əldə etməlidir. 2025-ci ilin avqustu Ermənistan Respublikası üçün dinc və firavan həyatın başlanğıc nöqtəsi oldu. Bu hadisə münasibətilə hamını təbrik edirəm”, - Baş nazir vurğulayıb.

Paşinyan həmçinin bəyan edib ki, 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsi həmin dövrdə ölkədə fəaliyyət göstərən siyasi və intellektual elitanın kollektiv hisslərini ifadə edib.

“Bu, Bəyannamənin əsas ideoloji müddəalarının ziddiyyətli olması və Sovet İttifaqının 1950-ci illərdən tədricən, lakin ardıcıl olaraq bizə aşıladığı kollektiv vətənpərvərlik modelini ifadə etdiyi üçün baş verdi”, - Paşinyan yazıb.

Onun fikrincə, bu şəkildə formalaşan sosial psixologiya müstəqil Ermənistan dövlətinin mövcudluğunu mümkünsüz etməyə yönəlmişdi.

“Biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin ləğvi deməkdir”, - o bildirib.

Siyasətçi Ermənistan və Azərbaycan arasında sülhün, həmçinin Türkiyə ilə dialoqun mümkün olduğu hazırkı hökumət strategiyasının ən düzgün yol olduğunu qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi