hia.az

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

78 dəfə baxılıb 22-08-2025, 09:41

İran və Avropa üçlüyü XİN başçıları telefon danışığı aparacaq

İran və Avropa üçlüyü ( Britaniya, Almaniya, Fransa) XİN başçılarının bu gün müştərək telefon danışığı baş tutacaq.

Bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Onun sözlərinə görə, telefon danışığında Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas da iştirak edəcək.

Tərəflər İranın nüvə proqramı və bu ölkəyə qarşı sanksiyaların ləğv olunması məsələlərini müzakirə edəcəklər.

Bundan başqa, Avropa ölkələrinin İranın nüvə təsisatlarına hücumlarla əlaqəsi müzakirə olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi