hia.az

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə başlanılıb

45 dəfə baxılıb 21-08-2025, 10:02

Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsinə başlanılıb

Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 11 avqust 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Sumqayıtın Sülh prospektində yerləşən və “Azərboru” ASC-nin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməli, sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi