hia.az
hia.az

Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxunub

86 dəfə baxılıb 14-08-2025, 11:10

Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxunub

Salyanda keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Seyyidmehdi Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lənkəran Ağır Cinayət Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Seyyidmehdi Babayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 31 dekabr 2024-cü ildə baş verib. İttihama görə, Seyyidmehdi Babayev keçmiş arvadı Şəbnəm Əliyevanı aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı boyun və döş qəfəsinə bıçaqla zərbələr vurub. Daha sonra yumruq və beton parçası ilə başına zərbələr endirib.

Ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi