hia.az
hia.az

Şahbaz Şərif: Ordumuzun hərbi gücü və cəsarəti Hindistanı diz çökməyə məcbur etdi

42 dəfə baxılıb 14-08-2025, 07:54

Şahbaz Şərif: Ordumuzun hərbi gücü və cəsarəti Hindistanı diz çökməyə məcbur etdi

Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi.

Bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkənin müstəqilliyinin 78-ci ildönümü ilə bağlı yaydığı bəyanatda qeyd edib.

"Millət olaraq biz bu illər ərzində çoxsaylı çətin sınaqlarla üzləşdik, lakin bütün sahələrdə mühüm uğurlar və nailiyyətlər əldə etməyi bacardıq", - deyən baş nazir Hindistanla yaşanan gərginlik zamanı əldə olunan qələbənin milli ruh yüksəkliyindən qaynaqlandığını bildirib.

Bu ruh yüksəkliyinin Müstəqillik Gününə xüsusi önəm qatdığını vurğulayan Şahbaz Şərif: "Ordumuzun hərbi gücü, cəsarəti və imanı düşməni diz çökməyə məcbur etdi. Biz azadlığımız uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad edir, axirətdə məqamlarının uca olmasını diləyirik", - deyə qeyd edib.

Baş nazir Pakistanın regional və qlobal problemlərin dialoq və diplomatiya yolu ilə həllinə olan inancını bir daha xatırladaraq Hindistanın da bütün mübahisələrin, o cümlədən Cammu və Kəşmir məsələsinin həlli üçün eyni iradəni nümayiş etdirməli olduğunu bildirib.

Xatırladaq ki, 14 avqust Pakistanda Müstəqillik Günü kimi qeyd olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi