hia.az
hia.az

İordaniyanın Kralı Prezident İlham Əliyevə zəng edib

96 dəfə baxılıb 11-08-2025, 11:59

İordaniyanın Kralı Prezident İlham Əliyevə zəng edib

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcəyinə ümidvarlığını bildirib.

Dövlət başçısı təbriklərə görə minnətdarlığını ifadə edərək ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamənin, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanmasının və digər sənədlərin regionda sülhün təmin olunması baxımından vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanla arasında münasibətlərin normallaşdırılmasında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib.

Telefon danışığı zamanı Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərə toxunulub, siyasi əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi