hia.az

Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb olunub

112 dəfə baxılıb 8-08-2025, 09:14

Ağdərədə yanğının söndürülməsinə helikopter cəlb olunub

Ağdərə rayonunda meşədə yanğının söndürülməsinə helikopter cəlb olunub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib və yanğın qısa müddətdə dağ massivindəki meşə hissəsinə keçib.

Ona görə də əraziyə Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi