hia.az

DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur

69 dəfə baxılıb 4-08-2025, 10:02

DYP: Piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması faciələrə səbəb olur

Yol hərəkətində insan həyatının təhlükəsizliyi yalnız sürücülərdən deyil, eyni zamanda piyadalardan da asılıdır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı müraciətdə bildirilib.

Məlumata görə, piyadaların yol hərəkəti qaydalarına etinasız yanaşması, yolun istənilən hissəsindən keçmək vərdişi və elementar təhlükəsizlik qaydalarına biganə qalması faciələrlə nəticələnən hadisələrin başlıca səbəblərindən biridir:

"Ən təhlükəli məqam ondan ibarətdir ki, bəzi piyadalar qayda pozuntusunu adi hal kimi qəbul edir və bununla həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükə altına atırlar. İşıqforun qırmızı işığında yolu keçmək, avtomobillərin intensiv hərəkətdə olduğu ərazilərdə ehtiyatsız davranmaq, telefon və digər diqqət yayındıran vasitələrlə hərəkətdə olmaq son nəticədə geri dönüşü olmayan faciələrə səbəb olur. Hər kəs bilməlidir ki, yol birgə istifadə məkanıdır və burada qaydalar hər kəs üçün keçərlidir. Özünü qaydalardan kənar tutan istənilən hərəkət iştirakçısı istər sürücü, istərsə də piyada məsuliyyət daşıyır".

Müraciətdə qeyd olunub ki, piyadavurma hallarının qarşısını almağın ən sadə, lakin təsirli yolu müəyyən olunmuş keçidlərdən, işıqforun tələblərinə riayət etməklə və diqqətli olmaqla hərəkət etməkdir:

"Bu sadə prinsiplərə əməl etməyən hər piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıq səbəbilə öz həyatını riskə atmaqla yanaşı, digər hərəkət iştirakçılarının da taleyini dəyişə bilər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi