hia.az
hia.az

Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb

1 dəfə baxılıb Bu gün, 14:43

Zakir Həsənov və Kərim Vəliyev Azərbaycanda səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “YAŞAT” Fondunun dəvəti ilə ölkədə səfərdə olan türkiyəli şəhid ailələrinin üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsinin daim uca tutulduğunu qeyd edən nazir hər iki ölkə başçısının müvafiq göstərişlərinə əsasən, şəhid ailələrinə xüsusi həssaslıqla yanaşıldığını, onların mnütəzəm diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.

Görüş zamanı qarşılıqlı ziyarətlərin təşkilinin iki ölkə arasında mövcud dostluğun, əməkdaşlığın daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Qeyd edək ki, qonaqlar səfər çərçivəsində Azərbaycanın qədim və müasir memarlığının ahəngini özündə birləşdirən tarixi və mədəni abidələrlə zəngin məkanları ziyarət edərək ölkənin şanlı tarixi və zəngin mədəniyyəti ilə yaxından tanış olurlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi