hia.az

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

51 dəfə baxılıb 2-08-2025, 11:32

Alparslan Bayraktar: "Türkiyə Suriyaya elektrik enerjisi ixracını 2 dəfədən çox artırmağı hədəfləyir"

Hazırda Türkiyə Suriyaya 8 fərqli nöqtədən elektrik enerjisi ixrac edir.

"Report"un Kilisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar avqustun 2-də Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı tədbidə deyib.

Onun sözlərinə görə, Türkiyə Suriyaya elektrik enerjisi ixracının həcmini ilkin mərhələdə 25 %, daha sonra əlavə edilən xətlərlə 2 dəfədən çox artırmağı hədəfləyir: "İşlər tamamlandığında bağlantı həcmimiz 860 megavata çatacaq və Suriyadakı 1,6 milyon evin elektrik enerjisi ehtiyacını qarşılayacağıq".

A. Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib. İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1 200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi