hia.az

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

60 dəfə baxılıb 30-07-2025, 13:31

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Kamçatkada baş verən zəlzələ ilə əlaqədar Sakit okeanın cənub hissəsindəki bəzi ada dövlətlərində, o cümlədən Papua-Yeni Qvineya, Solomon Adaları, Vanuatuda sunami təhlükəsi elan olunub.

Bu barədə ABŞ-nin Port-Morsbi şəhərindəki səfirliyi məlumat yayıb.

"ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi Kamçatkanın şərq sahillərində baş verən zəlzələdən sonra Sakit okeanın cənub hissəsindəki bəzi ərazilərdə, o cümlədən Papua-Yeni Qvineya, Solomon Adaları və Vanuatuda sunami təhlükəsi elan edib", - məlumatda bildirilib.

Əhaliyə sahil ərazilərindən və su hövzələrindən uzaq durmaq, dərhal daha yüksək ərazilərə köçməyə hazır olmaq, həmçinin ilkin zərurət əşyalarına malik olmaq tövsiyə olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi