hia.az
hia.az

Şənbə günü 40 dərəcə isti olacaq - PROQNOZ

27 dəfə baxılıb 25-07-2025, 11:25

Şənbə günü 40 dərəcə isti olacaq - PROQNOZ

İyulun 26-da Azərbaycanda 40 dərəcə isti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 35-40° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-26° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi