hia.az

"Avropa üçlüyü" İrana sanksiyalarla bağlı möhlət vermək üçün şərt qoyub

47 dəfə baxılıb 25-07-2025, 08:01

"Avropa üçlüyü" İrana sanksiyalarla bağlı möhlət vermək üçün şərt qoyub

"Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) İranın nüvə proqramı ətrafında yaranmış böhranı həll etmək üçün ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə dialoqu bərpa etməyə razılıq verərsə, Tehrana sanksiyalarla bağlı möhlət verməyə hazırdır.

Bu barədə Financial Times (FT) öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bir neçə aylıq gecikmə nəzərdə tutulur və onun müddəaları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul edilməsindən asılıdır.

Güzəştlərin şərtləri ABŞ-la danışıqlar və BAEA müfəttişləri ilə əməkdaşlıqdan asılı olacaq. Əlavə məlumat verilməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi