hia.az

KİV: Rubio Trampın Rusiya, Çin, İran və Venesuelaya qarşı siyasətinə təsir edib

56 dəfə baxılıb 24-07-2025, 07:49

KİV: Rubio Trampın Rusiya, Çin, İran və Venesuelaya qarşı siyasətinə təsir edib

ABŞ Dövlət katibi Marko Rubio Prezident Donald Trampın Rusiya, Venesuela, İran və Çinə qarşı daha sərt mövqe tutmasına təsir edib.

Bu barədə "Financial Times" Dövlət Departamentinin rəhbərinə həsr olunmuş məqaləsində yazıb.

Nəşr yazır ki, Rubio tərəfdarlarının fikrincə, xarici siyasət məsələlərində nəinki öz prinsiplərindən kənara çıxmayıb, hətta onların müdafiəsinə qalxıb və Trampın Çin, İran, Rusiya və Venesuela kimi ölkələrə qarşı daha sərt mövqe tutmasına təsir edib.

Rubionun dostlarından və keçmiş köməkçilərindən biri deyir: "Çin, Rusiya, Ukrayna və İranda biz Amerikanın yeni xarici siyasətini və ABŞ-nin dünyada rolunun yenidən qurulmasını görürük".

Qeyd edilir ki, Rubio administrasiyaya qoşulduqdan sonra ABŞ miqrantlara münasibətdə bağlı əvvəlki fikirlərindən fərqli siyasətlər həyata keçirməyə başlayıb. Məsələn, məqalədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yenidən təşkil edilməsi və miqrantlara qarşı ritorikanın sərtləşdirilməsi göstərilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi