hia.az

İkram Şeyx: B2B formatında əməkdaşlığın genişləndirilməsi Azərbaycanla ticarəti gücləndirəcək

51 dəfə baxılıb 21-07-2025, 16:22

İkram Şeyx: B2B formatında əməkdaşlığın genişləndirilməsi Azərbaycanla ticarəti gücləndirəcək


"Biznes-biznes" (B2B) xətti üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsi Pakistan və Azərbaycan arasında ticarətin stimullaşdırılmasında mühüm rol oynaya bilər.

Bunu Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının (FPCCI) və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının prezidenti Atif İkram Şeyx İslamabadda Azərbaycanın səfiri Xəzər Fərhadovla görüşü zamanı bildirib.

"Pakistan Azərbaycanla ikitərəfli münasibətləri bütün sektorlarda dərinləşdirməyə sadiqdir. B2B xətti üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsi iki qardaş ölkə arasında ticarətin stimullaşdırılmasında əhəmiyyətli rol oynaya bilər", - A.Şeyx bildirib.

O vurğulayıb ki, və İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) kimi regional strukturlar çərçivəsində qarşılıqlı tərəfdaşlıq vacibdir.

Səfir isə öz növbəsində Şeyxin İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsindəki fəaliyyətini yüksək qiymətləndirib. O qeyd edib ki, hər iki ölkənin işgüzar dairələri ticarətin və kommersiya tərəfdaşlığının genişləndirilməsində üzərinə aparıcı rol götürməlidir.

Tərəflər görüş zamanı möhkəm iqtisadi tərəfdaşlığa sadiqliklərini təsdiqləyiblər və ikitərəfli ticarət əlaqələrinin tam potensialının açılması üçün sıx əməkdaşlığı davam etdirməyə razılaşıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi