hia.az
hia.az

Beynəlxalq mətbuat Prezidentin Media Forumda çıxışına geniş yer verib

49 dəfə baxılıb 21-07-2025, 15:23

Beynəlxalq mətbuat Prezidentin Media Forumda çıxışına geniş yer verib

Beynəlxalq mətbuat III Şuşa Qlobal Media Forumunu geniş şəkildə işıqlandırmağa davam edir.

Çinin dövlət informasiya agentliyi “Sinxua” daxil olmaqla aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 19-da Xankəndidə Çinlə yüksək səviyyədə strateji əməkdaşlıqdan danışmasına diqqət çəkib.

Bununla yanaşı, Çin və Yaponiya mətbuatında Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı Azərbaycanın Rusiyaya qarşı beynəlxalq məhkəmədə iddia qaldırmağı planlaşdırması məsələsi də xüsusi işıqlandırılıb.

“Hindustan Times” (Hindistanın ingilisdilli gündəlik qəzeti), “Vietnam+” (Vyetnamın rəsmi dövlət xəbər agentliyi olan Vyetnam Xəbər Agentliyinin ingilisdilli xidməti”, “La Radio del Sur” (Venesuelanın paytaxtı Karakasda yerləşən beynəlxalq radio şəbəkəsi) kimi mətbu orqanlar da, öz növbəsində, ötən ilin dekabrında AZAL təyyarəsinin vurulması ilə əlaqədar Azərbaycan Prezidentinin beynəlxalq məhkəməyə dosyenin hazırlanması fikirlərinə xüsusi yer ayırıb.

Birləşmiş Ərəb Əmirliklərinin rəsmi xəbər agentliyi olan “WAM” (Wakalat Anba'a al Emarat) isə III Şuşa Qlobal Media Forumunun mövzu və mahiyyətinə diqqət çəkərək bu tədbirin dünyanın 52 ölkəsindən nüfuzlu jurnalistləri bir araya topladığını vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi