hia.az
hia.az

Emin Əmrullayev Türkiyənin tanınmış basketbol klubunun prezidenti ilə görüşüb

35 dəfə baxılıb 21-07-2025, 13:11

Emin Əmrullayev Türkiyənin tanınmış basketbol klubunun prezidenti ilə görüşüb

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və ABF rəsmiləri ilə Türkiyənin tanınmış qadın basketbol klublarından biri olan "Nəsibə Aydın"ın prezidenti Mirkan Aydın, bu klubun nümayəndələri arasında rəsmi görüş keçirilib.

Görüşün əsas mövzusu iki ölkə arasında qadın basketbolunun inkişafı, ortaq layihələr və qarşılıqlı təcrübə mübadiləsi məsələləri olub.

Tərəflər gələcəkdə müxtəlif yaş qrupları üzrə qadın basketbolçular arasında birgə turnirlər və təlim proqramlarının həyata keçirilməsi perspektivlərini də dəyərləndiriblər.

Emin Əmrullayev görüş zamanı Türkiyə basketbolunun bölgədəki təcrübəsindən faydalanmağın müsbət tərəflərindən danışıb və "Nəsibə Aydın" klubunun qadın basketbolundakı uğurlarını yüksək qiymətləndirib.

Mirkan Aydın da Azərbaycan basketbolunda son illərdə müşahidə olunan inkişafı təqdir edərək, gələcək əməkdaşlıqlarda uğurlu nəticələrin qeydə alınacağına inandığını söyləyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi