hia.az
hia.az

ATİAHİ fəaliyyətini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək

44 dəfə baxılıb 19-07-2025, 11:16

ATİAHİ fəaliyyətini Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) fəaliyyətini artıq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı adı ilə davam etdirəcək.

Bu yenilik çərçivəsində Həmkarlar İttifaqının təşkilati strukturunun təkmilləşdirilməsi, fəaliyyət dairəsinin genişləndirilməsi və müasir dövrün çağırışlarına cavab verən yeni təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Dəyişiklik eyni zamanda elm sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, laboratoriyaların və elm yönümlü ali təhsil qurumlarının əməkdaşlarının təşkilatın fəal üzvləri olması faktını rəsmi və təşkilati baxımdan daha dəqiq ifadə etmək məqsədi daşıyır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi