hia.az
hia.az

Nazirlər Kabineti iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrasını təmin etmək üçün tapşırıq verib

51 dəfə baxılıb 18-07-2025, 09:44

Nazirlər Kabineti iki milli parkın yaradılması ilə bağlı sərəncamın icrasını təmin etmək üçün tapşırıq verib

Nazirlər Kabineti Prezidentin “Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə müvafiq qurumlara tapşırıq verib.

Bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Belə ki, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla təkliflərini beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Qərarla mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Sərəncamın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməlidir.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Sərəncama uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanda daha iki yeni milli park – Axar-Baxar və İlisu milli parkları yaradılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi