hia.az
hia.az

Suriyada hökumət qüvvələri ilə yaraqlılar arasındakı toqquşmalarda 356 nəfər ölüb

36 dəfə baxılıb 17-07-2025, 08:20

Suriyada hökumət qüvvələri ilə yaraqlılar arasındakı toqquşmalarda 356 nəfər ölüb

Suriyada Əs-Suveyda əyalətində keçid hökumət qüvvələri ilə druzların yaraqlıları arasında baş verən silahlı toqquşmalarda azı 356 nəfər həlak olub.

Bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.

Məlumata görə, həlak olanlar arasında 55 mülki şəxs və 79 yaraqlı da var.

Sabitliyi bərpa etmək üçün Dəməşqdən göndərilən Daxili İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin xüsusi təyinatlıları 189, hökumətyönlü ərəb qəbilə qrupları isə 18 milis itkisi verib.

İyulun 16-da İsrailin Dəməşqə endirdiyi aviazərbələr nəticəsində daxili təhlükəsizlik qüvvələrinin daha 15 əməkdaşı həlak olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi