hia.az

Qurbanqulu Berdiməhəmmədov İƏT-in Zirvə görüşünün Xankəndidə uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

50 dəfə baxılıb 16-07-2025, 11:34

Qurbanqulu Berdiməhəmmədov İƏT-in Zirvə görüşünün Xankəndidə uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir:

“Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi