hia.az
hia.az

Ərdoğan: Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq

51 dəfə baxılıb 15-07-2025, 15:53

Ərdoğan: Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq

Terrorsuz Türkiyə qazi və şəhidlərin əsəri olacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə Türkiyə Böyük Millət Məclisində “Zəfərin adı Türkiyə” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, FETÖ-çülərin Türkiyəni çevirmək istədikləri bataqlıq xalq tərəfindən qurudulub:

“Bir tərəfdə xalqımız qəhrəman şəkildə mübarizə apararkən, digər tərəfdə “artıq gecdir”, “bu, tamaşadır” deyərək xalq arasında çaxnaşma yaratmağa çalışılırdı. “Birindən nur axar, birindən kir” misralarının reallığını həmin gecə gördük. Bütün bu baş verənlər xalqın yaddaşından silinməyib və silinməyəcək. 15 iyul qələbəsinə kölgə salmağa çalışanlar daim utanc hissi ilə xatırlanacaq”.

Türkiyə Prezidenti vurğulayıb ki, Türkiyə tezliklə layiq olduğu yeri alacaq, terrorsuz Türkiyə bölgədə sabitliyin təməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi