hia.az
hia.az

FHN azad edilmiş ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə müraciət edib

2 dəfə baxılıb Bu gün, 08:58

FHN azad edilmiş ərazilərdə artan yanğın təhlükəsinə dair əhaliyə müraciət edib

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində havaların isinməsi ilə əlaqədar yanğınların başvermə və sürətlə yayılma təhlükəsi var, həmin ərazilərdə çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini çətinləşdirir.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində qeyd edilib.

Bildirilib azad olunmuş ərazilərdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər:

"Təəssüflə qeyd olunmalıdır ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində müxtəlif istiqamətlərdə açıq sahə və meşə massivlərində yanğınlar qeydə alınıb, yalnız yanğınsöndürənlərin fədakarlığı sayəsində həmin yanğınların böyüyərək daha ağır fəsadlara səbəb olmasına imkan verilməyib.Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərdə yaşayan və fəaliyyət göstərən, eləcə də müxtəlif məqsədlərlə həmin ərazilərə səfər edən vətəndaşlara müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və bununla da Qarabağ və Şərqi Zəngəzurumuzun füsunkar təbiətinin, fauna və florasının qayğısına qalmağa çağırır".

Bildirilib ki, müəssisə və təşkilatlarda yanğına qarşı rejimə ciddi əməl olunmalı və yanğına səbəb ola biləcək hallara yol verilməməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi