hia.az
hia.az

Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM

32 dəfə baxılıb 14-07-2025, 15:59

Azərbaycanda iki yeni milli park yaradılıb - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev iki yeni milli parkın - Axar-Baxar və İlisu - yaradılması barədə sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, Axar-Baxar Milli Parkı Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, 23901,99 hektar sahədə yaradılacaq.

İlisu Milli Parkı isə sərəncama əsasən, Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, 13966 hektar sahədə yaradılacaq.

Sərəncamda bildirilir ki, milli parkların yaradılmasında məqsəd xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi