hia.az

AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik

57 dəfə baxılıb 14-07-2025, 13:37

AK sədri: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi layihəsinin razılaşdırılması onilliklər boyu davam edən düşmənçiliyə son qoyan dönüş nöqtəsidir və Aİ onun tezliklə imzalanacağına ümid edir.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

“Ümid edirəm ki, saziş ən qısa zamanda imzalanacaq”, - fon der Lyayen deyib.

AK rəhbərinin sözlərinə görə, hazırda Avropa ilə Ermənistan arasında münasibətlər həmişəkindən daha sıxdır. Tərəflərin iddialı tərəfdaşlıq gündəliyi var.

“Bizim davamlılıq və inkişaf planımız var, bu planda Ermənistana 270 milyon avro vəsaitin verilməsi nəzərdə tutulur”, - o qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi