hia.az

Sabirabadda dəhşət - Oğul anasını döyərək öldürdü

51 dəfə baxılıb 14-07-2025, 10:38

Sabirabadda dəhşət - Oğul anasını döyərək öldürdü

Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.

Hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Zeynalova Balabikə İslam qızı ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.

İlkin məlumata görə, yaşlı qadın oğlu - 1972-ci il təvəllüdlü Zeynalov Ağamirzə İltimas oğlu tərəfindən döyülüb.

Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi