hia.az
hia.az

KİV: Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir

48 dəfə baxılıb 12-07-2025, 15:45

KİV: Putin İranın uranı zənginləşdirməsinə tam qadağanı dəstəkləyir

 
Rusiya prezidenti Vladimir Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir.

Bununla bağlı anonim mənbələr Axios-a məlumat verib.

Məlumata əsasən, Putin bu mövqeyini həm iranlı rəsmilərə, həm də ABŞ prezidenti Donald Trampa bəyan edib.

Rusiya lideri İran rəsmilərini uranın zənginləşdirilməsini tamamilə qadağan edən bir razılaşmanı qəbul etməyə çağırıb. Buna baxmayaraq, İran tərəfi isə belə bir variantın nəzərdən keçirilməyəcəyini deyərək Putinin çağırışına mənfi cavab verib.

Qeyd edək ki, Rusiya rəsmi şəkildə sülh məqsədləri üçün istifadə olunması şərtilə İranın nüvə proqramını dəstəkləyir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi