hia.az
hia.az

Robert Koçaryan Alen Simonyana qarşı ikinci iddia qaldırıb

34 dəfə baxılıb 11-07-2025, 10:12

Robert Koçaryan Alen Simonyana qarşı ikinci iddia qaldırıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan parlamentin sədri Alen Simonyana qarşı məhkəmə qarşısında təkrar iddia qaldırıb.

Bu barədə “Datalex” məhkəmə məlumat portalında bildirilib.

İddiada R.Koçaryan Simonyandan teleqram kanalında dərc etdiyi ifadələrə görə ictimai üzr və təkzib tələb edir.

Keçmiş prezidentin iddiasına görə, yerləşdirilən məlumat yalan və əsassız xarakter daşıyır, onun şərəf, ləyaqət və nüfuzuna zərər vurur. O, Simonyanın həm teleqramda, həm də feysbuk hesabında üzr və təkzib yerləşdirməsində israr edir. İddia təmin edilərsə, spiker aşağıdakı mətni dərc etməli olacaq:

"Daha əvvəl mənim tərəfimdən keçmiş prezident Robert Koçaryana qarşı təhqiramiz ifadələr səsləndirilib ki, bununla da mən onun şərəf və ləyaqətini ləkələmək məqsədi güdürdüm. Mən bundan təəssüf edirəm və üzr istəyirəm".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi