hia.az
hia.az

Əliyev-Paşinyan görüşü fasilədən sonra davam edir - YENİLƏNİB

48 dəfə baxılıb 10-07-2025, 12:13

Əliyev-Paşinyan görüşü fasilədən sonra davam edir -  YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş nümayəndə heyətlərinin iştirakı ilə fasilədən sonra davam edir.

***

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.

APA-nın məlumatına görə, görüş fasilədən sonra davam edəcək.

***

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü keçirilir.

Görüş əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə baş tutub.

Daha sonra hər iki tərəfin nümayəndə heyətləri zalı tərk ediblər.

Hazırda görüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında təkbətək formatda davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi