hia.az
hia.az

Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək

52 dəfə baxılıb 10-07-2025, 10:17

Kamran Əliyev Zaqatalada vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev iyulun 18-də Zaqatalada vətəndaşları qəbul edəcək.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saat 10:00-da Zaqatala rayon prokurorluğunun inzibati binasında keçiriləcək görüşdə Zaqatala, Şəki, Qax və Balakən rayon sakinləri iştirak edə bilərlər:

"Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Zaqatala rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi