hia.az

DYP yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

56 dəfə baxılıb 10-07-2025, 09:38

DYP yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsinin yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır.

Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz davranışların ağır nəticəyə səbəb ola biləcəyini unutmamalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havalarda qəza riskinin artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından qaydalara ciddi riayət etməyi xahiş edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi