hia.az
hia.az

Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq

4 dəfə baxılıb 19-06-2025, 13:46

Sabah azərbaycanlı zəvvarların sonuncu qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq

Bu gün azərbaycanlı zəvvarların növbəti, sabah isə son qrupu Həcc ziyarətindən Vətənə qayıdacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.

O deyib ki, bu gün özü ilə bərabər 170 nəfər zəvvar qayıdacaq. Onlar səhər saatlarında Bakıya çatacaqlar.

V.Cahangiri qeyd edib ki, sonuncu zəvvar qrupu isə iyunun 20-si axşam saatlarında Vətənə dönəcək. Bu qrupda isə 190 nəfərin qayıdışı gözlənilir.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə ilk qrup mayın 25-də yola düşmüşdü.

Bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edirdi. Bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 250 kvota yeri ayrılmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi