hia.az

Bakıda Almaniya viza mərkəzi açılıb

54 dəfə baxılıb 18-06-2025, 12:10

 

Bakıda Almaniya viza mərkəzi açılıb


Bakıda Almaniya viza mərkəzinin açılışı olub.

Açılış mərasimində Almaniyanın Azərbaycandakı diplomatik missiyası rəhbərinin müavini Heyko Şvarts iştirak edib.

O, çıxışı zamanı Almaniya və Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsində yeni mərkəzin açılmasının əhəmiyyətini vurğulayıb.

"Yeni viza mərkəzinin açılması ölkələrimiz arasında qarşılıqlı əlaqələrin dərinləşdirilməsi yolunda mühüm addımdır. Bu, səyahətlər, işgüzar əlaqələr, təhsil proqramları və mədəni mübadilə üçün əlavə imkanlar yaradır. Əminik ki, bu mərkəz Almaniya və Azərbaycan xalqlarının bir-birini daha yaxşı tanımasına kömək edəcək", - diplomat qeyd edib.(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi