hia.az

Ərdoğan və Pezeşkian telefonla danışıb, Türkiyənin vasitəçiliyi müzakirə olunub

50 dəfə baxılıb 16-06-2025, 13:48

Ərdoğan və Pezeşkian telefonla danışıb, Türkiyənin vasitəçiliyi müzakirə olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, danışıqlar zamanı İsrail ilə İran arasındakı münaqişə, regional və qlobal məsələlər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin vasitəçi ola biləcəyini vurğulayıb.

Məlumata görə, Prezident Ərdoğan danışıqda İsrail və İran arasındakı münaqişəli proseslə əlaqədar başqa dövlətlərin liderləri ilə danışıqlar apardığını, münaqişənin tezliklə sona çatması və nüvə danışıqlarına qayıdılması üçün rəsmi Ankaranın vasitəçi rol oynamağa hazır olduğunu bildirib.

O, regionda sülh və sabitliyin qorunmasına Türkiyənin verdiyi əhəmiyyəti də qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi