hia.az
hia.az

Tramp administrasiyası xaricdəki bütün USAID nümayəndəliklərinin ləğvinə qərar verib

54 dəfə baxılıb 11-06-2025, 13:56

Tramp administrasiyası xaricdəki bütün USAID nümayəndəliklərinin ləğvinə qərar verib

Tramp administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) üzrə xaricdəki bütün nümayəndəlikləri 30 sentyabradək ləğv edəcək.

Ötən gün dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq işçi heyətinin ləğv edilməsini və xarici yardım proqramlarının idarəçiliyinin birbaşa Dövlət Departamentinə verilməsinə göstəriş verib.

Bu göstəriş dünyada yüzlərlə USAID əməkdaşına, o cümlədən xarici xidmət məmurlarına, podratçılara və 100-dən çox ölkədə yerli işçilərə şamil edilir. ABŞ səfirliklərinin missiya rəhbərlərinə dörd ay ərzində genişmiqyaslı dəyişikliklərə hazırlaşmaları tapşırılıb.

Daxili sənəddə prosedurların sadələşdirilməsi fonunda USAID-da bütün xarici vəzifələrinin ləğv edildiyi və 15 iyundan etibarən əvvəllər USAID-in həyata keçirdiyi xarici yardım proqramlarına cavabdehliyin birbaşa Dövlət Departamentinə ötürüldüyü bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi