hia.az
hia.az

Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində əkin sahələrini 3 dəfə artıracaq

33 dəfə baxılıb 11-06-2025, 09:29

Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində əkin sahələrini 3 dəfə artıracaq

Azərbaycan və Özbəkistan pambıq klasteri layihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparıb və bu rəqəmi 6 min hektara çatdırmağı planlaşdırır.

Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunmuş "Azərbaycan - Özbəkistan: İqtisadi Tərəfdaşlığın Vektoru" panel sessiyasında bildirib.

"Bu mövsüm daha bir neçə hektar sahə hazırlanıb və artıq ilk məhsulu gözləyirik", - deyə o qeyd edib.

Bundan başqa, icraçı direktor qeyd edib ki, iki ölkə avtomobil sənayesi sahəsində də əməkdaşlığı davam etdirir: "Artıq birgə müəssisəmiz 9 min ədəd "Chevrolet" markalı avtomobil istehsal edib. Bu, "Made in Azerbaijan" və "Made in Uzbekistan" brendlərini gücləndirir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi