hia.az

Fernandu Santuş: "İnanıram ki, yüksək motivasiya futbolçulara müsbət mənada təsir göstərəcək"

75 dəfə baxılıb 9-06-2025, 17:05

Fernandu Santuş: "İnanıram ki, yüksək motivasiya futbolçulara müsbət mənada təsir göstərəcək"

İnanıram ki, yüksək motivasiya futbolçulara müsbət mənada təsir göstərəcək.

Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.

70 yaşlı mütəxəssis sabah çətin oyuna çıxacaqlarını bildirib:

"Macarıstan yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Hər oyundan əvvəl bütün rəqiblərimizi təhlil edirik. Həmçinin Macarıstanı da yaxşı təhlil etmişik. Onların müdafiədə və hücumda necə oynadıqlarını bilirik. Futbolçularımda yaxşı motivasiya var və inanıram ki, bu hal komandaya müsbət mənada təsir edəcək. Azərbaycan yığmasına qələbə lazımdır. İnanıram ki, sabah maraqlı görüşə şahidlik edəcəyik".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi