hia.az

Ermənistan XİN: Şimali Avropa və Baltikyanı ölkələr Bakı və İrəvanın sülh səylərini dəstəkləyir

60 dəfə baxılıb 4-06-2025, 14:25

Ermənistan XİN: Şimali Avropa və Baltikyanı ölkələr Bakı və İrəvanın sülh səylərini dəstəkləyir


Şimali Avropa və Baltikyanı ölkələr Azərbaycan və Ermənistanın Cənubi Qafqaz regionunda sülh və sabitliyin əldə edilməsi səylərinə dəstək ifadə edib.

Bu barədə qeyd olunan ölkələrin nümayəndələrinin Ermənistana səfərinin nəticələrinə dair Ermənistan XİN-in yaydığı açıqlamada deyilir.

"Onlar, həmçinin tərəflərin sülh sazişinin bağlanması və dövlətlərarası münasibətlərin qurulması səylərini dəstəkləyib, yaxın zamanda bu sazişi imzalayacaqlarına ümid etdiklərini bildiriblər", - məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 3-də Cənubi Qafqaza səfər çərçivəsində İslandiya, Norveç, İsveç, Danimarka, Finlandiya, Estoniya, Litva və Latviya nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan, prezident Vaqan Xaçaturyan, xarici işlər naziri Ararat Mirzoyan, həmçinin parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının üzvləri ilə görüşlər keçiriblər.

Tərəflər Ermənistanın Aİ ilə münasibətləri gücləndirmək istəyini, həmçinin Cənubi Qafqazda mövcud vəziyyəti müzakirə ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi