hia.az
hia.az

Sadiq Qurbanov: "İstilik təchizatı haqqında" qanunla texniki itkilər və resurs israfı azaldılacaq"

48 dəfə baxılıb 4-06-2025, 10:46

Sadiq Qurbanov: "İstilik təchizatı haqqında" qanunla texniki itkilər və resurs israfı azaldılacaq"

Azərbaycanda "İstilik təchizatı haqqında" qanunun qəbul edilməsi ilə ilk növbədə texniki itkilər və resurs israfı azaldılacaq.

Bunu Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov müvafiq qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə bildirib.

Bundan başqa, onun sözlərinə görə, yeni qanun xidmətin keyfiyyətinin artırılmasına, sosial obyektlərin və yaşayış fondunun fasiləsiz istiliklə təmin edilməsinə, ətraf mühitə təsirin azaldılmasına, enerji effektiliyinin artırılmasına, dövlət və özəl sektor arasında funksional tərəfdaşlıq modelinin qurulmasına, innovasiya və rəqəmsallaşma imkanlarının genişləndirilməsinə, "ağıllı sayğacl"və uçot sisteminin qurulmasına imkan verəcək.

"Sənəddə investorlar üçün risklərin azaldılması, onlar üçün sabit mühitin yaradılması da nəzərdə tutulub", - deyə deputat əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi