hia.az

Peskov Ukrayna ilə bağlı memoranduma dair kompromis imkanlarını şərh edib

76 dəfə baxılıb 3-06-2025, 13:53

Peskov Ukrayna ilə bağlı memoranduma dair kompromis imkanlarını şərh edib

Rusiyanın Ukrayna nizamlanması ilə bağlı memorandumunun ayrı-ayrı bəndləri üzrə kompromis imkanları danışıqlar prosesi zamanı müəyyən edilməlidir.

Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqlar prosesi açıq olmamalıdır.

"Bu, açıq şəkildə keçirilməməli olan danışıqlar prosesinin mövzusudur", - o qeyd edib.

Dünən İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən görüşləri şərh edən nazir danışıqlarda irəliləyişlər gözləməyin yanlış olduğunu söyləyib. Bununla yanaşı, o, mühüm razılaşmaların əldə edildiyini qeyd edib.

"İstanbulda müəyyən razılaşmalar əldə edilib, onlar vacibdir. Bu razılaşmalar həyata keçiriləcək", - Peskov bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi