hia.az

KİV: HAMAS ABŞ-ın atəşkəs təklifini rədd edəcək

79 dəfə baxılıb 30-05-2025, 09:28

KİV: HAMAS ABŞ-ın atəşkəs təklifini rədd edəcək

HAMAS ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzzada atəşkəslə bağlı təklifini rədd edəcək.

Bu barədə BBC HAMAS-ın nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, buna səbəb həmin təklifin sözügedən təşkilatın martaqlarına cavab verməməsidir.

HAMAS təmsilçisi onu da bildirib ki, təşkilat hazırda həmin təklifi müzakirə edir.

Qeyd edək ki, bu təklif özündə Qəzzada 60 günlük atəşkəsin elan edilməsini və ilk həftədə HAMAS-ın girovluğunda qalan 10 nəfərin mərhələli şəkildə azadlığa buraxılmasını, habelə həlak olan 18 girovun meyitinin təhvil verilməsini özündə ehtiva edir.

O da bildirilib bi, buna cavab olaraq İsrail tərəfi isə adları daha öncə təsdiqlənmiş siyahıda olan fələstinli girovları sərbəst buraxmalıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi