hia.az

Türkiyə və Gürcüstandan olan din xadimləri Azərbaycana səfər edəcək

68 dəfə baxılıb 29-05-2025, 09:23

Türkiyə və Gürcüstandan olan din xadimləri Azərbaycana səfər edəcək

Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti mayın 29-da Azərbaycana səfər edəcək.

Səfərin məqsədi xaricdə yaşayan azərbaycanlılarla dini-mənəvi əlaqələrin, birlik və həmrəylik bağlarının daha da gücləndirilməsidir.

Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunda olacaq, Fəxri xiyaban, Şəhidlər xiyabanı, Zəfər parkı, Türk Şəhidliyi abidəsini ziyarət edəcək. Nümayəndə heyəti Bakıda yerləşən ibadətgahların da fəaliyyəti ilə tanış olacaq.

Bundan başqa, Türkiyə və Gürcüstandan olan din xadimlərinin işğaldan azad olunmuş ərazilərə səfəri də planlaşdırılır. Nümayəndə heyətinin üzvləri Ağdam rayonunda yerləşən Cümə məscidi və Ağdam İmarət Kompleksini, Şuşanın Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı, Mamayı məscidlərini və digər tarixi abidələri ziyarət edəcəklər.

30-dan çox azərbaycanlı din xadiminin iştirak edəcəyi səfər iyunun 2-dək davam edəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi