hia.az

Ermənistan XİN: "3+3" formatında nazirlərin növbəti görüşünü qəbul etməyə hazırıq

54 dəfə baxılıb 27-05-2025, 09:06

Ermənistan "3+3" formatında nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu təsdiqləyir.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Ermənistan hələ 2024-cü il oktyabrın 18-də İstanbulda "3+3" platformasının üçüncü görüşü zamanı nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu bəyan edib", - XİN-dən bildirilib.

Xarici siyasət idarəsindən həmçinin əlavə edilib ki, görüşün tarixi və yeri müəyyən edilərkən ictimaiyyət vaxtında məlumatlandırılacaq.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə "3+3" formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu bildirib. Onun sözlərinə görə, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi