hia.az

Sülh sazişi bağlamaq fürsətini əldən vermək olmaz - Paşinyan

50 dəfə baxılıb 26-05-2025, 10:03

Sülh sazişi bağlamaq fürsətini əldən vermək olmaz - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Konstitusiya Məhkəməsi Azərbaycanla sülh sazişini təsdiqləməsə, şəxsən ölkənin əsas qanununa dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edəcək.

O, bu barədə “Yerevan Dialogue” beynəlxalq forumu çərçivəsində bildirib.

"Biz sazişi Konstitusiya Məhkəməsinə göndərməliyik. Burada seçim yoxdur. Əgər Konstitusiya Məhkəməsi sazişin Ermənistanın qanunlarına uyğun olmadığına qərar versə, mənim şəxsi mövqeyim bundan ibarətdir ki, konstitusiyaya dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış edəcəyəm, çünki hesab edirəm ki, sülh sazişi bağlamaq fürsətini əldən vermək olmaz", - o qeyd edib.(Modern.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi