hia.az
hia.az

Qəbul imtahanında “əvəzçi” oyunu ifşa edildi – DİM ciddi tədbirlər görəcək

105 dəfə baxılıb 26-05-2025, 09:03

Qəbul imtahanında “əvəzçi” oyunu ifşa edildi – DİM ciddi tədbirlər görəcək

Dövlət İmtahan Mərkəzi ötən gün ilə II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirib.

50 mindən çox abituriyentin qatıldığı imtahan zamanı iştirakçılardan biri əvəzinə başqa bir şəxsi göndərməyə cəhd edib.

Lakin nəzarətçilərin çevik reaksiyası bunun həyata keçməsinə imkan verməyib. DİM-in əməkdaşları tərəfindən saxtakarlıq edən şəxs yerindəcə müəyyən olunaraq imtahan zalından uzaqlaşdırılıb.

Bildirilib ki, məsələyə dərhal hüquqi qiymət veriləcək və həm öz yerinə başqasını göndərməyə cəhd edən abituriyent, həm də onun yerinə gələn şəxs barəsində araşdırma aparılacaq.

Qeyd edək ki, qayda pozanların nəticələri tamamilə ləğv olunur və onlar ikinci cəhd imtahanına buraxılmırlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi