hia.az

Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir

44 dəfə baxılıb 26-05-2025, 08:17

Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir


Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.

İki gün davam edəcək konfrans islamofobiyanı doğuran qlobal, tarixi və siyasi amilləri araşdırmaq üçün mütəxəssisləri, akademikləri və dövlət rəsmilərini bir araya gətirib.

Bildirək ki, son iki ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi G20 Dinlərarası Forumla əməkdaşlıq çərçivəsində ardıcıl olaraq islamofobiyaya həsr olunmuş beynəlxalq konfranslar təşkil edib. Bu konfransların məqsədi islamofobiyanın bütün formalarına və təzahürlərinə qarşı mübarizə səylərinə töhfə vermək olub.

Konfranslar çərçivəsində iştirakçılar islamofobiya ilə mübarizənin müxtəlif aspektlərini, o cümlədən kəsişən yanaşmanın vacibliyini, islamofobiyanın tarixi və müasir baxış bucaqlarını, birgə əməkdaşlığın təşviqini və mübarizədə beynəlxalq təşkilatların rolunu müzakirə ediblər. Bundan başqa, dini müxtəlifliyin və dinlərarası hörmətin təşviqinə dair müzakirələr də aparılıb.

Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub. BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi